Azərbaycanın Avropa çempionu olmuş sərbəst güləşçiləri Vətənə qayıdıb.
Boyukmillet.com-un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları Azərbaycan Güləş Federasiyasının təmsilçiləri, ictimaiyyət nümayəndələri, media mənsubları və güləşçilərin yaxınları qarşılayıblar.
Qeyd edək ki, Azərbaycanın sərbəst güləş üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında tarixi uğura imza atıb. Yarışa tam heyətlə yollanan yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.
Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Abubakr Abakarov (86 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb. Yekunda 159 xal toplayan yığma komanda hesabında Avropa çempionu olub.