Bazar , 22 Dekabr 2024
Drone Cameras

Dənizlidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub

Türkiyənin Dənizli şəhərində Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı mərasimi keçirilib.

APA-nın xəbərinə görə, açılışda Azərbaycan və Türkiyə millət vəkilləri, ziyalılar, Azərbaycanın Türkiyədəki Baş Konsulluğunun əməkdaşları, yerli rəsmi şəxslər, QHT, KİV rəhbərləri və yerli sakinlər iştirak edib.

Dənizli bələdiyyə başqanı Osman Zolan bildirib ki, Dənizlidə Qarabağ parkı yaradılması təklifi Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayevaya məxsusdur. Azərbaycana böyük sevgi bəslədiyini deyən O. Zolan deyib ki, Qarabağ, Xocalı ağrısı bütün türklərin ağrısıdır: “İnşallah, bu problemi birlikdə həll edəcəyik. Dənizlinin mərkəzi hissəsində yerləşən və böyük bir ərazini əhatə edən Qarabağ parkını ziyarət edəcək hər bir insan Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı məlumatlar əldə edə biləcək”.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi və İLESAM-ın Azərbaycan təmsilçisi Xəyal Rza “Mən Türkəm” adlı şeirini səsləndirib.

Sonra çıxış edən millət vəkili Q. Paşayeva Dənizli bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün Ermənistana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib.

Çıxışlarda sonra Qarabağ parkının və Xocalı soyqırımı abidəsinin açılışı olub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir