Şənbə , 7 Noyabr 2026
Drone Cameras

Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi çıxış etdiyi klubun heyətində 500-cü qolunu vurub.

APA-nın məlumatına görə, bu, İspaniya çempionatının 11-ci turu çərçivəsində “Sevilya” ilə oyunda baş verib.

Kataloniya klubunun heyətində 592-ci matçını keçirən L.Messi 43-cü dəqiqədə yubiley qoluna imza atıb.

“Sevilya”nı səfərdə 2:1 hesabı ilə məğlub edən “Barselona” 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Check Also

Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır

Dərman vasitələrinin ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi üçün qaydalar hazırlanır. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir