Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Əsl Xalq Adamı

Xalqa əfəndilik etmək yoxdur, xalqa xidmət etmək vardır. Kim xalqa xidmət edə bilərsə, o da xalqa əfəndilik edə bilər.

Vasif Talıbov uzun müddətdir ki, Naxçıvan Muxtar Respublikasına rəhbərlik edir. Təbii ki, bu dövrü biz təhlil etsək, araşdırma aparacaq ki, bu rəhbərlik dövrünü qiymətləndirmək mümkündürmü? Düşünürəm ki, bu sualın cavabını yaxşı və pis kimi qiymətləndirmək düzgün olmazdı. Necə deyərlər görünən dağa nə bələdçi?!

Bu gün Naxçıvan göz önündədir… Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Mən nə Naxçıvanda olmuşam, nə də ki, Vasif Talıbovla müsahiblik etmişəm. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirmişdir. Vasif Talıbov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Liderlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən xalqının istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə, xalqına səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona  lazımdırmı? Əsla! Amma  bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə  vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin  daşıdıqları vəzifənin anlamını, onu itirdikdən sonra  anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf, məram və məqsədi tamamilə fərqlidir.  Dövlət və dövlətçilik naminə. Xalq və vətən naminə xidmət.

“Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə düşüb-düşməməsini biz gec və ya tez görürük, şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir… Vasif Talıbov haqqında yazmaq onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Naxçıvana səfər edib, oranı görmək kifayət edər və yetərincə  bütün suallara cavab tapmış olarsan. Doğrudur, bir şəxs haqqında mükəmməl yazı yazmaq istəyirsənsə, onu tam tanımalı, onun həyat yolunu mükəmməl bilməlisən və onu da bilməlisən ki, yazdığın yazıya görə sabah peşman olmayasan, kiminsə qarşısında utanmayasan…

Yazı tarixdir, illər keçsə də deyilən söz yadigar qalır. Əminəm ki, Vasif Talıbovun bugünkü fəaliyyəti gec, ya tez, hər kəs üçün bir nümunə olacaqdır. Təbii ki, bizi tarix boyu izləyən və bədbəxt edən daxili paxıllıqdır. Bizə yaxşıya yaxşı deməyə imkan vermir. Niyə, nə səbəbə, bax, onu bilmirəm.

Böyük ədibimiz Cəfər Cabbarlının “Anar” rədifli şeirində belə bir misra var. “Mən cahanda elə bir qüvvə tapmadım ki, Ana qədər güclü olsun, onun qarşısında baş əyim…” İnanmıram Ana haqqında buna qədər və bundan  sonra yazılacaq şeirlərdə belə bir qüdrət olsun ki, bu misradan  güclü ola bilsin… Mən MDB məkanında elə bir şəhər tapmıram və tapa bilmirəm ki, Naxçıvanın bu günü qədər gözəl, səliqə-səhmanlı qayda-qanuna uyğun və sair müsbət keyfiyyətlərə malik ola bilsin. Bu böyük qüdrətin sahibi isə məhz Vasif Talıbovdur. Əlbəttə, bütün bunlar heç nədən və təsadüfdən də yarana bilməzdi. Bu, böyük zəhmət, əzab-əziyyət və ən başlıcası böyük rəhbərlik qüdrəti tələb edir. Bax, əsas məsələ isə budur…

Deyirlər, şah qanun deyil, qanun şahdır. Bəli, şahın qanun olmadığı məmləkətdə bu belədir. Ancaq qanun o vaxt şah olur ki, şah da, rəiyyətin bütün üzvləri də qanun şahlığına riayət edir…   

Əkbər Hüseynzadə

azinforum.az

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …