Cümə , 22 Noyabr 2024
Drone Cameras

Dövlətlərimiz arasındakı münasibətlər gələcəkdə daha da dərinləşəcək – MÜNASİBƏT BİLDİRİLDİ

“İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun İsrail və Azərbaycan dövlətləri arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bu illər ərzində əməkdaşlığımızın yüksək səviyyəsi aydın görünür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.

Onun sözlrinə görə, Azərbaycan və yəhudi xalqları arasında dostluq və qardaşlığın dərin kökləri var: “Tarixdən bildiyimiz kimi, Azərbaycan xalqının formalaşmasında birbaşa iştirak edən Xəzər türkləri yəhudi dininə mənsub olublar və islamı qəbul etməyən Xəzər türklərinin bir hissəsi həm də yəhudi xalqının formalaşmasında iştirak etmişlər. Təsadüfi deyil ki, yəhudilər Azərbaycanı həmişə özlərinin ikinci vətəni hesab ediblər və azərbaycanlılarla dostluq, qardaşlıq şəraitində yaşayıblar.
İsrailə köçən Azərbaycan yəhudiləri bu gün də xalqımıza qarşı hörmət və sevgilərini saxlamaqda, xalqımızı və dövlətimizi dəstəkləməkdədirlər. Biz bunu 44 günlük Vətən Müharibəsində bir daha gördük. İsrail dövləti və İsrail xalqı Azərbaycanı haqq işində axıradək müdafiə etdi. İsrail haropları düşmənin qənimi, Azərbaycan əsgərinin dayağı oldu.
Hələ 1-ci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş yəhudi əsilli Azərbaycan vətəndaşı Albert Aqarunov bu gün Azərbaycanın Milli Qəhrəmanıdır və Azərbaycan xalqının qürur yeridir.
Dövlətlərimiz arasında diplomatik əlaqələrin 30-cu ilinə biz böyük uğurlarla qədəm qoymuşuq, qarşıda münasibətlərimizin yeni mərhələsinə addımlamaq var. Bu gün İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəlikləri fəaliyyət göstərir və şübhə etmirik ki, yaxın zamanlarda Azərbaycanın İsraildə səfirliyi də açılacaq. Bu, dövlətlərimiz arasındakı münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə zəmanət verir”.Müəllif: Abutel İlhamqızı

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …