Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

SON DƏQİQƏ: S-400-lər Türkiyəyə gətirildi!

Rusiya dövlət müdafiə sənayesi şirkəti “Rosoboronexport!-un başçısı Aleksandr Mixeyev S-400 havadan müdafiə sisteminin Türkiyəyə ilk təslimatı üçün 99 faiz hazır olduqlarını açıqlamışdı. “Habertürk”-ün yazarı Çetiner Çətin S-400-lərin bu gün nəql əməliyyatının ediləcəyi hərbi bazaya gətirildiklərinin öyrənildiyini bildirib.

Rusiya S-400-lərin təhvil və tətbiq müddəti üçün hazırlıqlarını tamamlayıb. İlk mərhələdə S-400-lərin yerində quraşdırılması kimi bir çox tətbiqləri yerində araşdırmaq üçün 9 xüsusi qrupunu Türkiyəyə göndərəcək olan Moskva rəhbərliyi, hazırlıqlarının 99 faizini tamamlayıb. Rusiya rəsmiləri prosesin yalnız Türkiyəyə nəql hissəsinin gözlənildiyini ifadə edir. Hərbi bir bazadan yük təyyarələri ilə Türkiyəyə gətirilməsi planlanan S-400-lərin artıq bu gün nəql əməliyyatının ediləcəyi hərbi bazaya gətirildikləri bəlli olub.  

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …