İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Mediasiya Şurası arasında görüş keçirilib.
Boyukmillet.com xəbər verir ki, görüşdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri Rəşad Hüseynov ve baş analitik Günay Quliyeva iştirak edib. Mediasiya Şurasının sədri Nadir Adilov Şuranın fəaliyyətinin ölkə iqtisadiyyatına təsiri, cari vəziyyətlə bağlı təqdimat edib.
İİTKM – in mediasiya islahatları üzrə tövsiyələrini dinləmək və qanunvericiliyin tətbiqindən ciddi riayət etmək üçün görüşdə Mediasiya Şurasının idarə Heyətinin üzvləri Sima Yaqubova, Əli Nəbiyev, İntizam Komissiyasının Sədri Qasım Şalıyev, üzvü Şaiq Mirzəyev, İntizam Komissiyasının üzvü Mayıl Əhməd, İşçi qrup və 2 saylı Bakı mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova, 6 saylı Bakı mediasiya təşkilatının rəhbəri Tural Şahbazov, 10 saylı Bakı mediasiya təşkilatının rəhbəri Rauf Əzimov, 11 saylı Bakı mediasiya təşkilatının rəhbəri Malik Rzayev iştirak ediblər. İİTKM – in mediasiya islahatları üzrə tövsiyələrini Mediasiya Şurasının tam dəstəklədiyi və bu istiqamət üzrə birgə işlərin koordinasiya edilməsini iştirakçılar xüsusi vurğulayıb.
Daha sonra İİTKM və Mediasiya Şurası arasında geniş əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Müəyyən edilmiş istiqamətlər üzrə birgə layihələrin icrası ilə bağlı razılığa gəlinib.