Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan Mərkəzi Bankının yeni sədri kollektivə təqdim olunub

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Azərbaycan Mərkəzi Bankının (AMB) yeni sədri təyin edilmiş Taleh Kazımov kollektivə təqdim olunub.

Boyukmillet.com xəbər verir ki, onu kollektivə dövlət başçısının köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov təqdim edib.

T.Kazımov ona göstərilən yüksək etimada görə təşəkkür edib, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi, aparılan islahatların daha da dərinləşdirilməsi və hər bir vətəndaşın keyfiyyətli maliyyə, o cümlədən bank, kapilal bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …