Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov və Ukraynanın tikinti naziri Aleksey Çernışev arasında görüş olub

Görüş Qəhrəman şəhər Axtırkada mer Pavel Kuzmenkonun iştirakı ilə dağıdılmış Şəhər Şurasının binası yaxınlığında baş tutub.

Boyukmillet.com xəbər verir ki, bu gün Əfqan Salmanov və Aleksey Çernışev Ukrayna şəhərlərində döyüşlər zamanı dağılmış infrastruktur obyektlərinin yenidən qurulmasına Azərbaycan investisiyalarının cəlb edilməsi imkanlarını müzakirə ediblər. Xüsusilə Qəhrəman şəhər Axtırkadakı Diyarşünaslıq Muzeyinin və Qəhrəman şəhər Xarkovdakı Azərbaycan Respublikasının Fəxri Konsulluğunun binaları barədə danışıblar.

Ukraynanın tikinti naziri Aleksey Çernışov bu çətin zamanda göstərdiyi dəstəyə və göstərilən humanitar yardıma görə Azərbaycan rəhbərliyinə və bütün Azərbaycan xalqına minnətdarlığını bildirib.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …