Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Gürcüstanın mədəniyyət xadimlərinin Gəncəyə səfəri başlayıb

Gürcüstanın 21 nəfər mədəniyyət xadimindən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri başlayıb.

Boyukmillet.com xəbər verir ki, onlar İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkəcəklər.

Gürcüstanlı qonaqlara Ermənistanın törətdiyi terror barədə məlumat veriləcək.

Daha sonra Dram Teatrında gürcüstanlı müğənnilərin ifadəsində kiçik konsert proqramı təşkil olunacaq.

Gürcüstanın mədəniyyət xadimləri Ağdam şəhərinə də səfər edəcəklər.

Check Also

Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib

Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib. Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib. Nazirliyin …