Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricə 3 680 031,85 min ABŞ dolları dəyərində 5 887 523,51 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bu barədə Boyukmillet.com -Economics Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 16,5% azalsa da, dəyəri 38,1% artıb.
Qeyd edək ki, ötən il Azərbaycan xaricə 13 218 936,05 min ABŞ dolları dəyərində 27 116 060,62 ton xam neft və xam neft məhsulları ixrac edib. İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6% azalsa da, dəyəri 41,2% artıb.