Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Avropa ölkələri hərbi internet yaradır

Almaniya və Niderland tarixdə ilk hərbi internet yaradılması məqsədilə səylərini birləşdirmək qərarına gəliblər. boyukmillet.com xəbər verir ki, bu haqda “ZDNet” nəşri yazıb.

Məlumata görə, müvafiq razılaşma Brüsseldə NATO ölkələri nazirlərinin iclasında Almaniya və Niderlandın müdafiə nazirləri Ursula fon der Lyayen və Ank Beyleveld arasında imzalanıb.

“Tactical Edge Networking” (TEN) adlandırılacaq yeni şəbəkə gələcəkdə bütün NATO ölkələrinin hərbi şəbəkələrini özündə birləşdirəcək.

TEN mənzil-qərargahı Almaniyanın Koblents şəhərində yerləşdiriləcək, texnoloji dizayn ilə isə niderlandlı mütəxəssislər məşğul olacaqlar. Şəbəkənin inkişaf etdirilməsinin dəyəri bir neçə milyon avro məbləğində qiymətləndirilir.

Check Also

Fidan Türkiyə səmasında zərərsizləşdirilən raketlə bağlı İrana rəsmi Ankaranın reaksiyasını çatdırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı olub. Boyukmillet.com …