Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Danimarkanın minə yaxın hərbçisi Latviyaya göndəriləcək

Danimarka Krallığının minə yaxın hərbçisi Latviyaya göndəriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Belə ki, hərbçilərin olduğu bir neçə yüz avtomobil Danimarkanın Koge limanına gedir. Döyüş qrupları oradan NATO-nun kollektiv müdafiəsi çərçivəsində Latviyaya gedəcək.

Sonuncu dəfə Danimarka öz sərhədlərindən kənarda belə böyük hərbi bölməni 10 il əvvəl Əfqanıstana, Avropada isə 1999-cu ildə Kosovoya göndərib.

Bildirlib ki, Latviyaya bir batalyon qrupu göndərməklə və artıq Estoniyada dislokasiya olunmuş NATO briqadasında iştirak etməklə krallıq NATO-nun Baltikyanı regionda müdafiə qabiliyyətinin artırılmasında ən böyük iştirakçılardan birinə çevrilir.

Danimarkanın müdafiə naziri Morten Byedskovun sözlərinə görə, Rusiya Avropa üçün ciddi təhlükəsizlik problemi yaradır: “Danimarka Avropanın təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürür və şərqdə NATO qüvvələrinin artırılmasına ən böyük töhfələrdən birini verir. Biz böyük müttəfiqin üzərinə götürməli olduğu məsuliyyəti öz üzərimizə götürürük”.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …