Bu gün, aprelin 25-də Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Lebedin şəhər icmasından olan valideyn himayəsindən məhrum olmuş 54 uşağa hədiyələr təqdim edib.
Boyukmillet.com xəbər verir ki, Lebedin merinin müavini Yelena Kireeva və Uşaq Xidmətinin rəhbəri Svetlana Dreval Ukraynaya göstərdiyi dəstəyə və lazımi köməyə görə Azərbaycan xalqına təşəkkür ediblər.
Azərbaycan Ukrayna xalqını həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Ayna Fərhad