Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Türkiyənin milli müdafiə naziri sabah Almaniyaya gedəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akar sabah Almaniyaya gedəcək.

Boyukmillet.com xəbər verir ki, o, Ukraynaya hərbi yardımla bağlı ABŞ-ın təşkil etdiyi və 30-a yaxın ölkənin müdafiə nazirlərinin iştirak edəcəyi məsləhətləşmələrdə iştirak edəcək.

Görüş Almaniyada, ABŞ Hərbi Hava Qüvvələrinin Ramştayn bazasında baş tutacaq, onu ABŞ-ın müdafiə naziri Lloyd Ostin keçirəcək.

Bildirilib ki, tədbir NATO-ya üzv ölkələrin qatılması ilə məhdudlaşmadığından Alyansdankənar dövlətlərin də iştirakı istisna edilmir.

Almaniyanın “Bild” nəşrinin yazdığına görə, müzakirələr üç mövzu ətrafında aparılacaq: Ukraynada döyüş meydanlarındakı mövcud vəziyyət; Rusiyanın hərbi hücumlarını dəf etmək üçün Ukraynaya lazım olan silah təchizatı; Rusiya qoşunlarının ölkədən çıxarılması halında müharibədən sonrakı nizam.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …