ABŞ-dan olan atlet Sara Şultse intihar edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə 21 yaşlı idmançının yaxınları açıqlama veriblər.
Onlar Şultsenin psixoloji problemlərinin olduğunu bildiriblər. Gənc atlet orqanlarının donor kimi istifadəsini vəsiyyət edib. Valideynləri bununla bağlı qızlarının şərəfinə fond yaradıldığını açıqlayıb.
Qeyd edək ki, Sara Şultse milli komandanın heyətində kros yarışlarında iştirak edirdi.