Rusiya və ABŞ iki ölkənin sualtı qayıqları arasında baş vermiş döyüş toqquşmasına görə təcili məsləhətləşmələr aparır.
Bu sensasion informasiyanı İsrailin hərbi-kəşfiyyat dairələrinə bağlı DEBKAfile portalı yayıb.
Adı açıqlanmayan hərbi qaynaqlara istinad edən sayt bildirir ki, insident Alyaska yaxınlığında, Amerikanın ərazi sularında ABŞ donanmasının sualtı qayığının Rusiyanın atom sualtı qayğını nəzarət altına almaq cəhdi zamanı baş verib.
Rusiyanın strateji sualtı qayğını müşaiyət edən “ovçu” sualtı qayıq Amerika sualtı qayğının həmləsinə “Balkan 2000” torpedosu ilə cavab verib. Nəticədə Amerika sualtı qayığı zədələnib və batıb.
İnsidentlə bağlı Kreml və Ağ ev bu gün iyulun 2-də təcili danışıqlara başlayıblar.
Sayt bildirir ki, bu məlumatı ABŞ-ın vitse-prezidenti Mayk Pensin ötən gün gözlənilmədən və səbəbini izah etmədən Nyu-Hempşir ştatına səfərini yarımçıq qoyub Vaşinqtona qayıtması da dolayısı ilə təsdiqləyir.
Bildirilir ki, Pens “təcili çağırış” alıb və nəticədə Vaşinqtona qayıtmalı olub. Bunu jurnalistlərə vitse-prezidentin mətbuat xidmətinin əməkdaşı Rendi Centri bildirib.
“Nəsə baş verib ki, vitse-prezident Vaşinqtona qayıtmağa məcbur olub. Amma narahatlıq üçün səbəb yoxdur”,-daha sonra Pensin rəsmi nümayəndəsi Alissa Farah belə deyib.
Onun sözlərinə görə, əslində Pens Vaşinqtonu tərk etməyib, səfərini təxirə salıb. Onun səfərini təxirə salmasının səbəbi isə ola bilsin bir neçə həftə sonra açıqlansın.
Xatırladaq ki, ötən gün Rusiya Müdafiə Nazirliyi hərbi donanmaya məxsus “sualtı aparatda” yanğın baş verdiyini və 14 dənizçinin həlak olduğunu açıqlayıb. Daha sonra üzə çıxıb ki, yanğın Rusiyanın yüksək məxfilik daşıyan “Loşarik” atom sualtı qayğında, Barents dənizində baş verib.
Bu hərbi gəminin vəziəsinə xarici sualtı rabitə kanallarını dinləmək və Rusiyanın analoji kanallarını müdafiə etmək də daxildir.
DEBKAfile bu iki hadisə arasında əlaqənin ola biləcəyinə eyham vurur.