Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Səfir: “Azərbaycan-Yunanıstan əməkdaşlığının dərinləşməsinə ümid edirəm”

Yunanıstan və Azərbaycan qədim tarixi əlaqələrə malikdir.

Boyukmillet.com xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Nikos Piperikos Mədəniyyət və İncəsənət Universitetində keçirilən Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş sərgidə çıxışında deyib.

“Mədəni əlaqələrimiz zəngindir. Yunanıstan tarixinə, qədim mədəniyyətinə Azərbaycanda, Azərbaycan sənətkarları arasında hər zaman xüsusi maraq olub”, səfir deyib.

Diplomat tarixi əlaqələrə toxunub, Yunanıstan hökmdarlarının Cənubi Qafqazla, Azərbaycanla əlaqələri barədə qeyd edib.

“1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub, 1993-cü ildə ölkəmiz Azərbaycanda öz səfirliyini açıb. Bu Cənubi Qafqazda Yunanıstanın ilk səfirliyi olub. Əməkdaşlığının növbəti illərdə güclənməsi, dərinləşməsinə ümid edirəm”, diplomat vurğulayıb.

Sərgidə Mədəniyyət və İncəsənət Universitetinin rektoru çıxış edib. O bildirib ki, azərbaycanlı gənc rəssamlar arasında yunan mədəniyyətinə, mifologiyasına xüsusi maraq var.

Sərgidə Sevil Kərimova, layihənin koordinatoru çıxış edib. O bildirib ki Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ərəfəsində baş tutur.

O deyib ki, həm Universitetin 100 illiyi həm də Azərbaycanın bir sıra ölkələrlə diplomatik münasibətlərinin 30 illiyi münasibətilə, Universitet Azərbaycandakı xarici ölkələrin diplomatik missiyaları ilə ortaq layihələr keçirir və indiyə qədər Macarıstan, Yunanıstan səfirlikləri birgə tədbirlər keçirilib.

Səfir: “Azərbaycan-Yunanıstan əməkdaşlığının dərinləşməsinə ümid edirəm”

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …