Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan MDB məkanına nümunə göstərilməlidir

Son illər Azərbaycanda həyata keçirilən qlobal sosial,iqtisadi islahatlar, ölkəmizi bölgənin lider dövlətinə çevirib. Bu baxımdan Azərbaycanı mövcud sabitlik və təhlükəsizliyinə, firavan həyat tərzinə görə, həm də dünyanın sosial dövlət kimi xarakterizə etmək olar. Bu isə onu deməyə əsas verir ki, ölkəmizdə dövlət siyasətinin mərkəzdə Azərbaycan vətəndaşı dayanır. Ölkəmizdə sosial təminatla bağlı bir-birinin ardınca uğurlu islayatların həyata keçirilməsi bunun əyani göstəricisidir. Vaxı ilə əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial siyasət strategiyası bu gün dünyanın yeni reallıqları və müasir dövrün tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirilir.

Ölkəmizdə davamlı olaraq həyata keçirilən geniş miqyaslı sosial islahatların əsas xarakterik cəhətləri ondan ibarətdirki, Azərbaycanda dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. 2014-cü ildən başlayaraq dünyada hökm sürən iqtisadi böhrana, neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda ümumi sosial iqtisadi strategiya artan xəttlə inkişaf edir. Ölkəmizdə yaşayış minimumu artır. Orta aylıq əmək haqqı, təqaüd və müavinatlar yüksəlir. Bu baxımdan 2019-cu ildə qeyd edilən istiqamətlərdə daha surətli, daha irimiqyaslı, daha dərin islahatlar həyata keçirilməkdədir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir başa rəhbərliyi ilə həyata keçirilən islahatlar dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Baxmayaraq ki, ölkəmiz 30 ilə yaxındırki, müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20 faizindən çoxu işğal altındadlr. Tarixi vətənimizdə hər on nəfərdən biri qaçqındır. Belə bir ağır tarixi reallıqla üzləşməyimizə baxmayaraq Azərbaycanın inkişaf edərək dünyanın ən nüfuzlu dövlətləri arasında öz layiqli yerini tutması , xalqla dövlət başçısının bir-birinə qarşı bəslədiyi qarşılıqlı etimad və inamının məntiqi nəticəsidir. 

Son 6 ayda Prezident İlham Əliyevin ölkəmizdə sosial sahədə imzaladığı sərəncamlar həqiqətəndə inqilabi xarakter daşıyır. Bu qərarları bir mənalı olaraq MBD və Şərqi Avropa ölkələrinə nümunə göstərmək olar.Prezidentin sosial müavinətlərin artırılması ilə bağlı imzaladığı sonuncu sərəncam iki milyona yaxın insanı əhatə edirki, buda bir başa xalqımızın ümüum rifah halının nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılnması deməkdir.

Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı da uğurla davam edir. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanan proqram ildən-ilə genişlənib və 6654 ailəyə mənzillər təqdim edilib. Bununla yanaşı, Azərbaycanda müharibə əlillərinin vaxtaşırı minik avtomobilləri ilə təmin olunmasıda dövlət siyasətinin əsas prinsipinə çevrilib. İndiyədək müharibə əlillərinə dövlət tərəfindən 6144 avtomobil verilib. Belə bir göstərəiciyə MBD məkanıda Azərbaycandan başqa heç bir ölkədə rast gəlmək mümkün deyil. Ağrılı problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən həmvətənlərimiz də dövlət qayğısı ilə daima əhatə olunur. Təsadüfi deyil ki, bu kateqoriyadan olan insanlar hər il mənzillərlə təmin edilir, müavinətləri artırılır.

Azərbaycan MDB və Şərqi avropa ölkələri içərisində əhalinin sayının artımına görədə ön sırada gedir.Ukraynada son 30 ildə əhəlinin sayı 53 milyondan 43 milyona düşdüyü halda, Azərbaycanda əhalinin sayı 8 milyondan 10 milyona çatıb. Dünyanın bir çox ölkəsində əhali sayında azalma müşahidə edildiyi halda, Azərbaycanda əhalinin artımının davam etməsi Prezident İlham Əliyevin ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyasna verdiyi xüsusi diqqətin məntiqi nəticəsidir. Ötən dövr ərzində Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş sosial islahatlar paketi 3 milyon vətəndaşın rifah halının yüksəldilməsində mühüm rol oynayıb. Bu dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib.Ölkəmizdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində də son illər əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Azərbaycanın əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərinin göstərilməsi təmin edilib. 

Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırıb. 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılmasını bu istiqamətdə irəliyə atılmış ən mühüm addım kimi dəyərləndirmək olar. Məlumdur ki, bu qurumların yaradılmasında əsas məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək mərkəzlərin vahid şəkildə idarə edilməsini təmin etməkdir. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. Bu baxımdan artıq respublikamızın əksər bölgələrində “ASAN xidmət” sakinlərin istifadəsinə verilib.”ASAN xidmət-”i bu gün tək MDB məkanında deyil, bütün dünyada dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu və nümunəvi bir model kimi dəyərləndirilir . Heçdə təsadüfi deyilki,“ASAN xidmət” dünyada ən yaxşı dövlət xidmətlərinin göstərilməsi mexanizmini həyata keçirdiyi üçün 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri mükafatına layiq görülüb. 

Mükafat “ASAN”ın vətəndaşyönümlü, müasir, şəffaf, innovativ və əlçatan dövlət xidmətlərinin göstərilməsi mexanizmi üzrə beynəlxalq nümunəvi modeli kimi tanınması əsasında verilib. Bütün bunlar onu deməyə əsas verirki,müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyası uzun əslərə hesablanmış fundamental elmi əsaslara söykənir. O elmi əsaslar ki, onun nüvəsində məhz insan, vətəndaş amili dayanır .
Əfqan Salmanov
Azərbaycanın Xarkov Şəhərindəki Fəxri Konsulu, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …