Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Şuşanın görməli yerləri ilə tanış olublar

Şuşada keçirilən konfransa toplaşan dünyanın bir sıra ölkələrinin aparıcı beyin mərkəzlərinin nümayəndələri şəhərin görməli yerləri ilə tanış olublar.

Boyukmillet.com xəbər verir ki, ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Rumıniya, Türkiyə, Gürcüstan və bir sıra digər ölkələrin aparıcı mütəxəssisləri Şuşa şəhərinin mərkəzi meydanına gələrək qala divarlarına baxış keçirib, Cıdır düzündə gəzintiyə çıxıblar.

Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov onlara Şuşa qalasının yaranma tarixindən danışıb.

Qeyd edək ki, nümayəndə heyəti “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” Beyin Mərkəzlərinin Beynəlxalq Konfransında iştirak etmək üçün bu gün Şuşaya gəlib.

Check Also

Bakıda saxlanılan Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb. Boyukmillet.com xəbər …