Jukovun barəsində nəsə yazmış Azərbaycanlı jurnalistə Rusiya İstintaq Komitəsində guya faşizmin təbliği kimi anlaşılmaz ittihamla cinayət işi açılıb .Məlumdur,davam edən Ukrayna müaribəsi fonunda belə anlaşılmaz ittihamlar hələ çox olacaq .Lakin maraqlıdır ki, “quru yerdə ” cinayət işi açmağı bacaran Rusiya rəsmilərinin özlərinin Azərbaycana qarşı törətdikləri cinayət cəzasız qalır.
Bu günlərdə Dövlət Dumasının komitə sədri Zatulin Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakterli bəyanat verib.O rəsmi şəxsdi,deputat,üstəlik komitə sədridir.Zatulin deyib ki,Azərbaycan Rusiyanın başının Ukraynada qarışmasından istifadə edərək Qarabağda möhkəmlənməyə çalışmasın,Qarabağın Azərbaycanın tərkibində qalmasına imkan verilməyəcək…..
Baxırsınızmı? Dumanın Soydaşlarla iş komitəsinin sədri “soydaş” deyəndə heç də xaricdəki rusları yox,Qarabağdakı erməniləri nəzərdə tuturmuş,onları rus diasporundan qat-qat üstün tutur .Qarabağı Azərbaycandan qoparmaq və ya Azərbaycandan kənarda tanımağa yönəlik hər cür cəhd Azərbaycana qarşı cinayət deyilmi?
Rusiya rəhbərlərinin nəzərində Jukovdan yazan azərbaycanlı jurnalist Rövşən Əsgərov cinayətkardı, bütöv xalqın haqqına qəsd edən Zatulin isə “mələkdi”….
Aydın Quliyev