Cümə axşamı , 2 May 2024
Drone Cameras

Yaponiyanın “Nikkey” qəzetində Azərbaycanın Dövlət Müstəqilliyi Günü barədə məqalə dərc edilib

Yaponiyanın əsasən iqtisadi dairələri arasında populyarlığı ilə seçilən “Nikkey” qəzetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan məqalə dərc edilib.

“Azərbaycan dövlət müstəqilliyini bərpa etməsinin 25-ci ildönümünü qeyd edir” adlı məqalədə müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu bildirilir. Bu Cümhuriyyətin müsəlman dünyasında ilk demokratik dövlət olduğu vurğulanır. Müasir Azərbaycan dövlətinin siyasi, sosial, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu xüsusi qeyd edilir.

Məqalədə son 25 il ərzində Azərbaycanın suveren dövlət kimi inkişafında nadir yol keçdiyi, uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin regionun aparıcı dövlətlərindən birinə çevrildiyi, irimiqyaslı, strateji əhəmiyyətli neft-qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində böyük əhəmiyyət kəsb etdiyi qeyd olunur. Bildirilir ki, Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr bir beynəlxalq tranzit mərkəzi kimi Azərbaycanın rolunu daha da artıracaq.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlər, uğurlu daxili və xarici siyasət, Azərbaycanda keçirilən mötəbər tədbirlər, o cümlədən idman yarışları haqqında da geniş məlumat verilir.

Yazıda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulur. Bildirilir ki, bu gün Azərbaycan dövlətinin əsas vəzifəsi ölkənin ərazi bütövlüyünü bərpa etməkdir.

Azərbaycan ilə Yaponiya arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyinin xüsusi qeyd olunduğu məqalədə iki dost xalqın bir-birinə daha sıx yaxınlaşması istiqamətində görülən tədbirlər barədə də məlumat verilir.

 

azertac.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir