Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Türkiyə BMT-yə və İsveçrəyə nota verib

Türkiyə Birləşmiş Millətlər Təşkilatının PKK/PYD/YPG terror təşkilatının nəzarət etdiyi, Suriya Demokratik Gücləri (SDG) adlanan birliyə komandanlıq edən “Ferhat Abdi Şahin” adlı terrorçu ilə bir masa arxasına əyləşərək “fəaliyyət planı” imzalamasına, BMT-nn Cenevrə ofisi, habelə İsveçrənin özünə etiraz edib.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi etiraz notasına həmin “Ferhat Abdi Şihin”in İnterpol tərəfindən qırmız bülletenlə axtarışa verildiyinə dair sənədi də əlavə edib.

Daimi nümyaəndəlik BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Geir.O. Pedersenə məktub göndərərək həmin “fəaliyyət planı”ndan onun xəbəri olub-olmadığını da soruşub.
Pedersenin ofisində çalışan rəsmilər isə imzalanma mərasimindən belə məlumatlarının olmadıqlarını türkiyəli diplomatlara çatdırıblar.
Bəhs olunan sənədlə YPG/PKK guya sıralarında vuruşan uşaq döyüşçüləri azad edəcəkləri sözünü verib.
Hətta BMT belə SDG-nin sazişlə azyaşlı uşaqların müharibə meydanlarına əsgər kimi xidmətdən azad edəcəklərini, habelə sıralarındakı qız və oğlanları bir-birlərindən ayıracaqlarına dair öhdəlik götürdüyünü bəyan edib.
Halbuki BMT-nin öz hesabatlarında YPG/PKK təşkilatının 224 uşaq döyüşçünün olduğu göstərilib.

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …