Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Moldova Rusiyadan qaz nəqlini dayandırmağa hazırlaşır

Moldova Rusiyadan qaz nəqlini dayandırmağa hazırlaşır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “Rlive” telekanalında bildirib.

Sandu deyib ki, hökumət qazsız qalmaq riskindən xilas olmaq istəyir.

“Əsas məsələ yanacağın qiymətidir, çünki regiondakı vəziyyətlə əlaqədar xeyli bahalaşıb. Əgər “Qazprom” tədarükünü dayandırsa, o zaman bizim Rumıniyadakı anbarlarda ehtiyatlarımız var. Üstəlik, qazın bir hissəsini bazardan ala bilərik, lakin qiymət çox yüksəkdir”, – Sandu əlavə edib.

Moldova lideri qeyd edib ki, artıq mayın 1-dən qaz təchizatı dayandırıla bilər.

Bundan əvvəl “Qazprom” və “Moldovaqaz” oktyabrın 29-da qaz tədarükü müqaviləsini noyabrın 1-dən başlayaraq 5 il müddətinə uzadıb.

Check Also

Yaponiya Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib

Yaponiya Tayvan məsələsi ilə bağlı Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib. Boyukmillet.com xəbər …