Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan Prezidenti: “Təəssüf ki, Ermənistanda tarix hələ də saxtalaşdırılır”

“Təəssüf ki, Ermənistanda hələ də hər addımda tarix saxtalaşdırılır”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Cenevrə Universitetinin nümayəndəsi Ventseslav Sabevin sualını cavablandırarkən deyib.

Dövlət başçısı erməni tərəfinin saxtakarlıqlarına konkret misallar gətirərək vurğulayıb: “Qeyd etməliyəm ki, tarixi saxtalaşdırmaq siyasəti 5-6 il davam edib, hətta ondan sonra da onu yeni parametrlərlə tamamlayıblar. Yəni Azərbaycan şəhərlərinin adlarını rəsmən dəyişdirərək saxta erməni adları qoyublar. Məsələn, Şuşa şəhərini “Şuşi” adlandırmağa başladılar. “Şuşi” adı tarixdə heç vaxt olmayıb, onun nə demək olduğunu da bilmirəm”.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …