Bazar , 24 Noyabr 2024
Drone Cameras

Azərbaycan voleybol yığması Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşır

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi mayın 20-də Kosovoda start götürəcək Avropa çempionatının II təsnifat mərhələsi üçün təlim-məşq toplanışına başlayıb.

Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, üç gün davam edəcək yarışın hazırlıq prosesinə 14 voleybolçu cəlb olunub. Toplanışa baş məşqçi Eldar Əliyev rəhbərlik edir. Ona Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin kömək edirlər.

Bakıda təşkil olunan təlim-məşq toplanışı “Murov” Voleybol Klubunun və “Sərhədçi” Olimpiya İdman Mərkəzinin idman zallarında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan yığması AVRO-2022-nin təsnifat oyunlarında E qrupunda Kosovo, Niderland və Slovakiya milliləri ilə mübarizə aparacaq.

Check Also

Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar

Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-prini beş medalla başa vurublar. Boyukmillet.com …