Bu gün hərbi hissədə bədbəxt hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb.
Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə getmişlər.
Fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.
Hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə,qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Hərbi Prokurorluq həlak olanların qohumlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.
Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarətindədir.