Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

ABŞ Ukraynaya daha 5 min ədəd “Javelin” raketi verəcək

ABŞ-dan daha 5 000 tank əleyhinə “Javelin” raketi mayın 6-da, cümə gününə qədər Ukraynaya çatdırılacaq.

Bu barədə “Boyukmillet.com” Pentaqonun sözçüsü Con Kirbinin brifinq zamanı açıqlamasına istinadən xəbər verir.

Kirbi qeyd edib ki, “Javelin” raketləri Rusiya təcavüzünə qarşı mübarizədə hərbi yardım çərçivəsində Ukraynaya veriləcək.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilmək üçün M113 zirehli transportyorlarının yüklənməsinə başlayıb. Pentaqon avtomobillərin yük maşınlarının qoşqularına yüklənməsinin videosunu yayıb.

Pentaqon bildirib ki, yüklənmə Corciyada aparılır.

Check Also

ABŞ prezidentlərinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmaq qadağan olunacaq

ABŞ Konqresi ölkə prezidentinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmağa icazə verən 1991 və 2002-ci illərdə …