Cümə axşamı , 2 May 2024
Drone Cameras

BMT Ukraynada minalardan təmizləmə missiyası yerləşdirəcək

BMT Ukraynada minalardan təmizləmə missiyası yerləşdirmək niyyətindədir.

Boyukmillet.com” “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, BMT-nin minalardan təmizləmə xidməti (UNMAS) Ukraynaya yardım göstərmək üçün mexanizmlər hazırlayır, onun nümayəndələri minalardan təmizlənmə tələb edilən yerlər haqqında məlumat toplayır.

Nazirliyin məlumatına görə, təxminən 300 min kvadrat kilometr ərazinin minalardan təmizlənməsinə ehtiyac var. Buna görə də Ukraynaya əvvəllər Somali, Suriya və İraqda ezam olunmuş təcrübəli mütəxəssislərə ehtiyac olacaq. Beynəlxalq ekspertlər ukraynalı istehkamçıların daha yaxşı hazırlanmasına kömək edəcəklər.

Check Also

Saakaşvili: “Xarici agentlər haqqında” Qanun Gürcüstanda hakimiyyət dəyişikliyinə səbəb olacaq”

Keçmiş Prezident İvanişvilini Putinin davamçısı adlandırıb Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili “Dojd” kanalına …