Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Polad Həşimovla bağlı film çəkilib

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla bağlı film çəkilib.

“Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, “Poladın izi ilə” adlı ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal olunub.

Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.

“Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi bu gün saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.

Check Also

Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib

Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib. Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib. Nazirliyin …