Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Qalatasaray” klubu portuqaliyalı futbolçunun transfer qiymətini açıqlayıb

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Brumanın sərbəst buraxılma dəyərini açıqlayıb. 

“Report”un məlumatına görə, 22 yaşlı futbolçunu transfer etmək istəyən klub 40 milyon avrosundan keçməlidir.

İstanbul təmsilçisi 2018-ci ilin yayında başa çatacaq müqaviləni artırmaq niyyətindədir. Artıq rəhbərlik yığma komandaların oyunları səbəbindən yaranan fasilədə portuqaliyalı futbolçunun menecerləri ilə görüşəcək.

Yeni müqavilə imzalanacağı təqdirdə maaşı 2 dəfə artacaq.

Qeyd edək ki, Bruma 2013-cü ildə Portuqaliyanın “Sportinq” klubundan “Qalatasaray”a transfer olub. O, icarə əsasında Türkiyənin “Qaziantepspor” və İspaniyanın “Real Sosyedad” klublarında çıxış edib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir