Ukraynanın Mariupol şəhərindən mülki sakinlərin növbəti təxliyəsi həyata keçirilib.
Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk teleqram kanalında bildirib.
“Bu gün Mariupol humanitar dəhlizi çərçivəsində 344 nəfər təxliyyə edilib. Bunlar Mariupol, Manquş, Berdyansk, Tokmak və Vasilivkadan olan qadınlar, uşaqlar və qocalardır. Onların hamısı Zaporojyeyə yenicə gəliblər. Bizim üçün daha bir kiçik qələbə”-deyə, o bildirib.
Nazir BMT-nin və Beynəlxalq Qızıl Xaç Komitəsinin işçilərinə, habelə humanitar karvanın işçilərinə – sürücülərə və Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşlarına təşəkkür edib.