ARB telekanalının bugünkü efirində, “Xəbər-ətər” proqramında biabırçı anlar yaşanıb.
Boyukmillet.com bildirir ki, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqrama onun nəvəsi Anar Axundzadə qatılıb.
Verilişin aparıcı Zümrüd Bədəlova qonağa verdiyi sualla özünü gülünc vəziyyətinə gətirib.
Aparıcının Anar Axundzadəyə “Babanızı görmüsünüzmü” sualı müsahibi təəccübləndirib.
Anar Axundzadə təəccübünü gizlətməyərək, “babam 37-ci ildə güllələnib” deyə cavab verib.
Aparıcı bu dialoqun ardınca, “Bir azdan sizə Əhməd Cavad kefi yaşadacağıq” deyib.