Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bu gündən Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslər dayandırılır

Gürcüstanda təyyarə biletini dəyişmək arzusunda olmayan 5 minə yaxın rusiyalı turist qalıb.

boyukmillet.com xəbər verir ki, Prezident Vladimir Putinin Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin qadağan olunması barədə Fərmanı iyulun 8-dən qüvvəyə minir. Bu gündən hər iki ölkənin aviaşirkətləri qarşılıqlı uçuşları dayandırır.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Gürcüstanda olan rusiyalı turistdən təxminən 5 min nəfəri təyyarə biletini dəyişməyib. Onların tranzit yolla Rusiyaya qayıdacağı ehtimal olunur.

Nazirlik, həmçinin aviaşirkətlərin uçuşların qadağan olunmasından çəkəcəyi ziyanın də təxmini məbləğini açıqlayıb. İlkin hesablamalara görə, Rusiya aviaşirkətləri Gürcüstana uçuşların qadağan olunmasından 3 milyard rubl ziyan çəkəcəklər.

Qeyd edək ki, iki ölkə arasında uçuşları Rusiyanın 6, Gürcüstanın isə 2 aviaşirkəti həyata keçirirdi.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …