“Hazırkı postmünaqişə mərhələsində xarici siyasət gündəliyimizdə aktuallıq təşkil edən sülh dialoqunun əsasları da ulu öndər Heydər Əliyevin müdrikliyindən qaynaqlanır”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin xarici siyasət strategiyasının prioritetləri sırasında qonşu dövlətlər başda olmaqla, dünyanın bir çox ölkələri ilə qarşılıqlı, faydalı, ikitərəfli münasibətlərin qurulması və xarici siyasətimizin coğrafiyasının genişlənməsi önəmli yer tutub: “Hazırda Azərbaycanın genişlənən hərtərəfli beynəlxalq əlaqələrinin əsasında ümummilli lider Heydər Əliyevin xarici siyasət konsepsiyasının durduğu şöbhəsizdir”.
Nazir bildirib ki, hazırda Azərbaycanın dünyanın müxtəlif ölkələrində səfirlikləri, baş konsulluqları, o cümlədən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri aktiv fəaliyyət göstərir: “Belə ki, hazırda ölkəmizin dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunub. Bu rəqəmlər ölkəmizin hərtərəfli beynəlxalq əlaqələrinin göstəricisidir”.