Bazar , 8 Fevral 2026
Drone Cameras

Rusiya ordusu Ukraynanın Popasna şəhərini ələ keçirib

Rusiya ordusu Ukraynanın Popasna şəhərini ələ keçirib.

Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumatı təsdiqləyib. O, qeyd edib ki, Ukrayna silahlı qüvvələri Popasna şəhərini tərk edib.

“Təəssüf ki, bizim hərbçilər Popasnadan bir qədər geri çəkildilər. Çünki təsəvvür edin, şəhər top atəşinə tutulub, iki aydan artıqdır ki, hücum neçə vaxtdır davam edir, davamlı olaraq atəşə tuturdular, orada hər şey dağıdılıb. Ona görə də bizimkilər əvvəlcədən hazırlanmış daha güclü mövqelərə geri çəkildi.”, – o bildirib.

Qeyd edək ki, bu gün bir sıra mətbu orqanlar Rusiyanın silahlı qüvvələrinin Popasnanı zəbt etməsi barədə məlumat yayıb.

Check Also

Makron dünyanın ən çox nifrət edilən lideri seçildi

Fransa Prezidenti Emmanuel Makron 11% bəyənmə reytinqi ilə dünyada ən çox nifrət edilən dövlət başçısına …