Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

“NORM”un rəhbər heyəti “Heydər zirvəsi”nə yürüş təşkil edib

“Norm” ASC-nin rəhbər heyəti 10 may tarixində, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şahdağ Milli Parkında, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi” istiqamətində yürüş təşkil etmişdir.

Yürüş 8 nəfərdən ibarət heyət tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə mütəşəkkil qaydada və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib.

Çətin relyefə, mürəkkəb keçidlərə və əlverişsiz hava şəraitinə baxmayaraq, “Norm” əməkdaşları “Heydər zirvəsi”nə qalxmağı bacarmış və burada Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandıraraq müstəqil Azərbaycanın qurucusunun əziz xatirəsini ehtiramla yad etmişlər.

Check Also

Azərbaycanda müxtəlif qoruyucu burunaltılıların ölkəyə idxal gömrük rüsumları dəyişib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal …