Boyukmillet.com xəbər verir ki, Dövlət və Qanun qəzetinin baş redaktoru Yasəmən Möhübətqızı öz facebook seyfəsində Tural Zeynalova dəstək üçün paylaşım edib
Həmin yazını təqdim edirik:
Məlum Tovuz hadisələri zamanı Ağdam kəndinə səfərimiz oldu. Kənddə şəhid Elşən Məmmədovun ailəsinə baş çəkərkən həyətdə, Şəmkirli gənc iş adamı Tural Zeynalovun( hansı ki, onun gözəl əməllərini həzm edə bilməyənlər, onu şərləyib həbsə atmışlar) toz- torpaq içində tovlə tikintisinə kömək etdiyinin şahidi olduq.
Şəhidin atası ” Tural mənə oğul dadı verir, nə yaxşı ki belə gənclərimiz var” söylədi. Öyrəndik ki, Tural Zeynalov Tovuzda, Şəmkirdə olan həmyaşıdlarına çağrış edərək, onları şəhid ailələrinin acılarına məlhəm olmağa, onları narahat edən məsələlərə dəstək olmağa çağırmışdır. Bir çox gənclər də bu aksiyaya böyük sevgi ilə qoşulmuşlar.
Vətən belə oğulların çiynində dayanır, sayları nə qədər çox olsa yaxşıdır. Onları həvəsdən salmaq yox, onlar ruhlandırmaq gərəkdir..
Tural bizimlə kənd şəhidlərinin məzarlarını ziyarət də etdi. Şəhidin atası Dönməz kişi, Turalın gördüyü işlər barədə ürəkdən danışdıqca, fəxr edirdik, yaxşı ki, belə vətənpərvər oğullarımız var.
Tural Zeynalov 44 günlük müharibə zamanı da əsgərlərimizin yanında olmaqla yanaşı, müharibə bitən kimi Kəlbəcərdəki əsgərlərimizin qaldığı yerdə qar yağa- yağa binanın dam örtüyünün vurulmasında ürəklə işlədiyinin də şahidi olduq.
Onun həbs xəbərini eşidərkən inanmaq istəmədik.
Hər bir şəhid ailəsi və qazilərimizin yanında olan, onlara maddi, mənəvi kömək etməkdən zövq alan belə bir vətənpərvər gənci şərləyib həbsə atmaq nə deməkdir !?!?
Bunu Tural Zeynalov kimi ola bilməyənlər, onun əməllərini edə bilməyənlər , Turala olan xalq sevgisindən qorxuya düşən məmurlar, onu həzm edə bilmədiklərindən Turalı şərləyib həbs etdirməyə çalışmışlar.
Bununla onlar, görün neçə- neçə bəd dua sahibi oldular. Şəhid analarının, şəhid balalarının, qazilərin ümid yerini kəsdilər. Dövlətə, ədalətə inamsızlıq yaratdılar.
Bu əməlin adı XƏYANƏTDİR.
Xainlər isə gec- tez cəzalarına çatacaqlar.
Biz hüquqi dövlətdə yaşayırıq, hər birimizin əməlinə dövlət nəzarəti vardır.
İnşallah haqq yerini tapacaq Tural Zeynalovun günahsız olduğu sübuta yetəcək və azadlığına qovuşacaqdır.
Azadlıq Tural Zeynalovun halal haqqıdır!!🇦🇿
Yasəmən Möhübbətqızı.
Baş redaktor, AJB- nin üzvü.
Beynəlxalq Sülh Səfiri.
İSBAM sədrinin müşaviri.