Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb.
Bu barədə Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir. Məlumata görə, ilk 2 yarış günündən sonra Azərbaycan təmsilçiləri 11 medal qazanıb.
Yunan-Roma güləşində Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq) və Qurban Qurbanov (72 kq) qızıl, Urfan Həsənli (72 kq) və Rauf Əliyev (82 kq) gümüş, Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.
Sərbəst güləşdə Əbülfəz Nəsirovla (65 kq) Fərid Cabbarov (86 kq) üçüncü yeri tutub.
Qadın güləşində isə Elnurə Məmmədova (55 kq) və Mərziyə Sadıqova (72 kq) çempion olub. Əsmər Canqurtaran (50 kq) isə ikinci yeri tutub.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.