Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

QHT-nin Türkiyə səfəri davam edir – Layihə çərçivəsidndə

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə qardaş Türkiyəyə həyata keçirilən səfərin ikinci günü nümayəndə heyətimiz Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu Komandanı general-polkovnik Kemal Yeni ilə görüşdü. 
Ordu Komandanı general-polkovnik Kemal Yeni Azərbaycan qaziləri ilə növbəti dəfə görüşdən olduqca məmnun olduğunu bildirərək bir millət iki dövlət devizinə hər zaman sadiq olmamızın, bütün sahələrdə olduğu kimi hərb sahəsində də birgə, iç-içə olmağımızın vacibliyini vurğuladı. Heyət rəhbəri Emin Həsənli Ordu Komandadına səmimi qəbula və diqqətə görə minnətdarlığını bildirdi. 
Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, gücləndirilməsi istiqamətindəki birgə fəaliyyətlərin önəmi yönümdə söhbətlə davam edən görüş qarşılıqlı xatirə hədiyyələrinin təqdim edilməsi ilə yekunlaşdı.
Qeyd edək ki, səfər Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti ilə həyata keçirilir.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …