Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

İlham Əliyevin medalla təltif etdiyi ALİM – FOTO

Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq. İkincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə olduğu kimi, yəni çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsindən asılı olur. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdəndir…

Hər zaman axtarışdadır. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirir. 30 ildən çox olar ki, M.Ə.Rəsulzadə irsinin tədqiqinə vaxt ayırır. Bu mövzuya sədaqətlidir. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlir…

Belə alimlər həm də xalqın canlı sərvətləridir. Onları qorumaq, ehtiram göstərmək, məişət qayğılarını yüngülləşdirməyə çalışmaq lazımdır. Onların ərsəyə gətirdiyi hər əsər qiymətsiz xəzinə kimi xalqın sabahına bir mirasdır…

Özünü bir dəfə də olsun belə görməmişəm. Amma onu sevən minərlə insandan biri də mənəm. Bu sevgi əbəs yerə yaranmayıb. O, bunu yaradıcılığı ilə haqq edib…

Belə insanların siyasi əqidəsi, ifadə etdiyi kəskin fikrlər kimlərinsə xoşuna gəlməyə bilər, lakin bir vacib məsələni unutmaq lazım deyil ki, o, Azərbaycan xalqının qənimət övladlarından biridir. Olub keçənlərin tarixini yaza-yaza özü də tarixə çevrilib…

Deyirlər, alim olmaq asandır, insan olmaq çətin. Amma əsl alimlərə ən böyük dəyəri İslam peyğəmbəri verib; alimin qələminin mürəkkəbi şəhid qanına bərabərdir. Bəli, tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu məhz belə alimlərdəndir…

Sevinirəm ki, ölkə rəhbəri bir sıra ziyalılarla yanaşı, uzun illərdir cümhuriyyət tarixini araşdıran Nəsiman Yaqublunu da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edib. Bəlkə də bu bir başlanğıcdır. İnanıram ki, Nəsiman Yaqublu nə vaxtsa dövlətimizin ən ali mükafatlarına da layiq görüləcək…

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …