Şimali İraq Kürd Regional Rəhbərliyinin Təhlükəsizlik Şurası Duhok şəhərində hücuma hazırlaşdığı təsbit edilən PKK/YPG terror təşkilatının 4 nəfərlik qrupunun ələ keçirildiyini bildirib.
Boyukmillet.com xəbər verir ki, silahlı qrup hökumət inzibati binalara və digər yerlərə raket hücumu planlaşdırırmış. Terror təşkilatı üzvlərinin hücumlarda istifadə etməyi planlaşdırdıqları ağır silahlar ələ keçirilib.