Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Bakıda avtoyuyucu müştərinin avtomobili ilə qəza törədərək ölüb – FOTO

Bakıda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda, “Bakmil” metro stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, avtoyuma məntəqəsinin işçisi “Honda CRV” minik avtomobilini yuduqdan sonra sahibindən icazəsiz şəhərdə idarə etməyə cəhd göstərib. Lakin idarəetməni itirərək yol kənarındakı ağaca çırpıb və hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Check Also

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …