“Azad olunan ərazilərdəki abidələrin monitorinqi hələ də davam edir. Çünki ərazilər minalıdır. Amma monitorinqlər aparılır”.
Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Şuşada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq Qarabağ və Şərqi Zəngəzurda xeyli sayda tarix-mədəniyyət abidələri aşkarlanıb: “Reysterdə olan 706 abidədən 404-ünü aşkar etmişik. Bundan başqa, azad olunan ərazilərdə 1000-ə yaxın mədəniyyət müəsissəsi aşkarlanıb. Məlumatlar əldə olunandan sonra abidələr təsnifatlaşdırılır və dağıdılma dərəcəsinə və əhəmiyyətinə görə prioritetləşdirilir. Bundan sonra bərpa və ya konservasiya mərhələsi olacaq. Sizi əmin edirəm ki, bərpa işlərini beynəlxalq standartlar əsasında həyata keçiririk”.