Bazar , 15 Noyabr 2026
Drone Cameras

Amreyev: “TDT işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə öz töhfəsini verməyə hazırdır”

“Türk Dövlətləri Təşkilatı (TDT) işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə öz töhfəsini verməyə hazırdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Şuşada jurnalistlərə bildirib.

“Azərbaycanda bu ərazilərin mədəni irsinin bərpası məsələsini müzakirə etdik. Əlbəttə ki, biz Qarabağda bərpa prosesinə öz töhfəmizi verməyə hazırıq”, – o deyib.

Xatırladaq ki, bu gün Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən ikigünlük beynəlxalq konfrans işinə başlayıb.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …