Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakıda yerli istehsalçıların satış-sərgi yarmarkası keçirilir

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə yerli istehsalçıların satış-sərgi yarmarkası – “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçirilir.

Boyukmillet.com xəbər verir ki, yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.

Sərgi-satış yarmarkasında 100-dən çox biznes subyekti tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və xidmətlər təqdim olunur.

Yarmarkanın rəsmi açılışında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov belə tədbirlərin yerli məhsulların tanıdılması və KOB-ların satış imkanlarının genişləndirilməsində əhəmiyyətini qeyd ediblər.

Yarmarka çərçivəsində həmçinin, biznesini genişləndirmək istəyən sahibkarların ikitərəfli görüşləri və təqdimatları keçirilir, uğurlu iş adamları ilə təcrübə mübadiləsi imkanı yaradılır, master klaslar, eləcə də musiqili proqram təqdim olunur.

Mayın 20-dən start götürmüş “Azərbaycan İstehsalçılar Festivalı” 22 may tarixinədək saat 10.00-dan 20.00-dək açıq olacaq.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …