Bu gün Bərdə rayonunda fəaliyyət gösdərən 10 saylı uşaq baxçasının müdirəsi Leyla Məmmədovanın doğum günüdür.
Boyukmillet.com xəbər verir ki, bu münasibətlə saytımızın Qarabağ bölgəsinin müxbiri Vaqif Məhəmməd oğlu öz facebook hesebında paylaşım edib.
Həmin paylaşımı sizlərə olduğu kimi təqdim edirik.
Əziz və hörmətli Leyla müəllimə, sizi səmimi qəlbdən təbrik edir, sizə ailə səadəti və tükənməz xoşbəxtlik arzulayıram.
Leyla Məmmədova Bərdə şəhər 10 sayılı körpələr evi-uşaq bağçasının müdirəsidir. Leyla müəllimə o insanlardandır ki, Bərdə rayonunda yerləşən uşaq bağçalarının bugünki təqdirəlayiq fəaliyyəti onunla bağlıdır.
2021-ci ildə RİH-nin başçısı tərəfindən uşaq bağçaları üzrə komissiya sədri təyin edildikdən sonra onun təşəbbüsü ilə bağçalar təmir edildi. Biz bərdəlilər bağçaların əslində fəaliyyətinin nə demək olduğunu indi bilirik.
Dövlətçiliyi, dövlətə, cənab Prezidentə xidməti əsas tutaraq körpələrimizin yolunda yorulmaq bilmədən işini sevə-sevə icra edir. Seçdiyi peşə şərəfli olduğu qədər də çətindir. Çətin yolda fədakarlıq etmək də çətindir. Amma, Leyla müəllimə bunu bacarır.
Ömrünü bizim balalarımızın yolunda şam kimi əridərək fəda edir. Vətənimin fədakar müəllimlərindəndir.
Biz bilirik ki, valideynlə bərabər, bəlkə də, ondan daha çox uşağın hər cür şıltaqlığına , əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək, məhz, müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda Dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəlimlərimizin əvəzsiz xidmətləri var.
Allah sizləri qorusun, əziz Leyla müəllimə!
Sadəlik mənəvi gözəlliyin əsas şərtidir. Xalqın məhəbbətini və inamını qazanmaq böyük bir şərtdir.
Xoşbəxt o insanlardır ki, onlara verilən ömrü təkcə özləri, ailələri, yaxınları üçün yaşamırlar. Ömürlərini mənsub olduqları vətənin, xalqın xoş gələcəyinə həsr edə bilirlər, bu insanlar tutduğu vəzifəyə görə deyil, etdiyi əməllərə görə tanınır, sevilirlər.
Onlar ən yüksək vəzifəni, ən uca məqamı xalqa xidmətdə görür. Bu amalla yaşıyanlar bir evin, bir ailənin övladı olmaqdan çıxıb, bütöv bir millətin övladı ola bilirlər. Leyla müəllimə Bərdə rayonunda böyük hörmətə sahibdir.
Xanımın Bərdə rayonunda gördüyü işlər danılmazdır və “Böyük Qayıdış” , ” Milli Qurtuluş Tariximiz” adlı iki jurnal müəllifidir. Leyla Məmmədova üçün vacib sayılan mühim keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda hüquqların doğru mənafeyi baxımından dürüst olanı seçməsi, lazimi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.
Səmimi və öz işinin öhdəsindən layiqincə gələn insan, öhdəsinə düşən bütün məsuliyyəti tam, layiqincə yerinə yetirən bir xanımdır.
Onu da qeyd etmək istərdim ki, mənim Leyla müəllimə ilə tanışlığım bir neçə il bundan öncəyə təsadüf edir, belə ki, mənə Bərdə rayonundan çox kasıb və övladıyla yalnız yaşayan bir xanım iş üçün müraciət etmişdi, əlacsız olan bu xanım nə iş olsa işləyəcəyini deyir və dəstək istəyirdi.
Mən də rayonda bir neçə yerə müraciət etsəm də heç kəs xanımı işə götürmədi və nəhayət, Leyla xanım haqqında eşitdim. Getdim Leyla müəllimənin yanına xahişə və xanımın problemlərini, nə vəziyyətdə olduğunu nəql etdim , Leyla xanım çox sağ olsun o kasıb xanımı yanında işlə təmin etdi . Elə həmin gündən mən Leyla müəllimənin necə gözəl bir qəlbə sahib olduğunu bildim və biz ailəvi dost olduq.
Böyük millət Qarabağ bürosu
Vaqif Məhəmməd oğlu.