Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

ARDNF fişinq hücümları ilə bağlı xəbərdarlıq edib

Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Boyukmillet.com-un məlumatına görə, qurum bəyan edib ki, son həftələr onun, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yalnışdır və həqiqəti əks etdirmir.

“Bu paylaşımların ARDNF-in fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur”, – deyə açıqlamada qeyd olunub.

Check Also

Azərbaycanın qızıl satışından qazancı 51 faiz artıb

Dünyada qızılın qiymətinin kəskin bahalaşması fonunda Azərbaycanın qiymətli metalların ixracından əldə olunan gəlirləri 51 faiz …