Cümə , 22 Noyabr 2024
Drone Cameras

ABŞ Prezidenti Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb – FOTO

ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb.

Bu barədə Boyukmillet.com Ağ Evin rəsmi saytına istinadən xəbər verir.

Mark V. Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin məsləhətçisidir.

Əvvəllər o, ABŞ-ın Brüsseldəki Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Bundan əlavə diplomat Varşava, Nassau, Nikosiya və Bağdad şəhərlərində siyasi məsləhətçi kimi fəaliyyət göstərib.

O, Massaçusetsdəki Tafts Universitetində bakalavr, fəxri məzunu olduğu Milli Müharibə Kollecində magistr dərəcəsi alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda (“Sciences-Po”) təhsil alıb. Polyak və fransız dillərini mükəmməl bilir.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatır.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …