S-400-ün sarayın müdafiəsində istifadə ediləcəyini söyləyənlər cahildir.
boyukmillet.com xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı deyib. O, S-400-ün Türkiyəyə gətirilməsindən yalnız ölkəsini sevməyən şəxslərin narahat olduğunu söyləyib:
“Milli təhlükəsizliyimiz və mənfəətlərimiz nəyi tələb edirsə, onu da edəcəyik. S-400-ə FETÖ-çü alçaqlar, PKK-çı canilər, qlobal güclər, CHP, İP, HDP qarşıdır, yəni zillət ölkənin müdafiəsindən narahatdır. Onlar nə deyirsə desin, S-400 ölkəmizə gətirilib. S-400-ün sarayın müdafiəsində istifadə ediləcəyini söyləyənlər tək kəlmə ilə cahildir, şəxsiyyətsizdir, köksüzdür”.